Satın alma Siyasəti
Premium sinifli satın almalar
Getverify LDA (“Getcontact” “our,” “we,” or “us”) aylıq və ya illik abunə şəklində ("Abunəlik") satınalma üçün təklif etdiyimiz Xidmətlərin müəyyən genişləndirilmiş xüsusiyyətlərini təqdim edir. Abunəliklərimizlə əlaqəli xüsusiyyətlərin təsviri Xidmətlər bölməsində mövcuddur. Abunəlik satın aldığınızda (hər bir satınalma "Əməliyyat" adlanır), əməliyyatlarla bağlı əlavə məlumatlar təqdim etməyinizi xahiş edə bilərik, məsələn, kredit kartınızın nömrəsi, kredit kartınızın son istifadə tarixi və hesabın təqdim edilməsi və çatdırılma üçün ünvanınız (ünvanlarınız) (belə məlumat "Ödəniş Məlumatı" adlanır). Siz, belə Ödəniş Məlumatı ilə təqdim edilən bütün ödəniş metodlarından istifadə etmək hüququna malik olduğunuzu bildirir və təmin edirsiniz. Xidmətlər bölməsindəki Əməliyyat üçün sizə ödənilən məbləğlər sizin sifarişinizi yerləşdirməzdən əvvəl təqdim ediləcəkdir. Xidmətlər bölməsindən istifadə edərək əməliyyata başlamaq qərarına gəldiyiniz halda, siz, Əməliyyatı yekunlaşdırmağımız üçün sizin Ödəniş məlumatlarınızı üçüncü tərəf xidmət tədarükçülərinə təqdim etməyimizə icazə verirsiniz və aşağıdakılarla razılaşırsınız: (a) müvafiq ödənişləri və vergiləri ödəmək; (b) Getcontact, yoxlama, əvvəlcədən icazə və ödəniş məqsədilə tətbiqin mövcud olduğu app mağaza və ya paylama platformasında (məsələn, Apple App Store və ya Google Play) (hər biri - "Tətbiq Provayderi") hesabınız daxil olmaqla, ödənişlərin həyata keçirilməsi üçün kredit kartınızdan və ya üçüncü tərəf hesabından pul çıxara bilər; və (c) Tətbiq provayderinin, bankın və ya digər maliyyə xidmətlərinin göstəricisinin tələb etdiyi hər hansı bir əlavə xərcləri, o cümlədən də sifarişinizə tətbiq oluna biləcək hər hansı vergi və ya rüsumları ödəmək. Sifarişiniz Getcontact tərəfindən qəbul olunub təsdiq olunana qədər Getcontact üçün məcburi deyil. Bütün ödənişlər, bu şərtlərdə açıq şəkildə göstərilən hallar istisna olmaqla, geri qaytarılmır və ötürülə bilməz.
Qiymətlərə şübhə və ya etirazınız varsa, ilk növbədə qiymətləri artırmaq üçün bizimlə razılaşmalısınız və kredit kartı üzrə və ya üçüncü tərəflərə olan ödənişlərin emal edilməsi üzrə rüsumları rədd etməməyi qəbul edirsiniz, əgər məsələni birbaşa Getcontact ilə həll etmək üçün cəhd göstərməmisinizsə.
Müəyəyn ahllarda, məsələn, əgər kredit kartınız rədd edilmişdirsə, və ya əgər biz sorğu və ya sifarişin dolandırıcı olduğuna şübhə ediriksə, və ya Getcontact-ın məqsədəmüvafiq hesab etdiyi digər hallarda Getcontact sifarişinizi qəbul etməmək və ya rədd etmək hüququnu özündə saxlayır. Getcontact həmçinin sifarişinizlə bağlı olaraq şəxsiyyətinizi yoxlamaq üçün tədbirlərin görülməsi üzrə haqqı özündə saxlayır. Əməliyyatınızı tamamlamadıqdan öncə şəxsiyyətinizin təsdiq edilməsi üçün əlavə məlumat təqdim etməyiniz tələb oluna bilər (bu cür məlumat Ödəniş məlumatı təsvirinə daxil edilmişdir). Qəbul etmədiyimiz və ya rədd etdiyimiz sifarişlərə görə Getcontact sizdən ödəniş almayacaqdır.
Ləğv olunana qədər abunəliklər avtomatik olaraq yenilənir & Abunəliliyi necə ləğv etməli
Bütün məbləğlər ödənilməlidir: (i) tək bir alış üçün (məsələn, illik Abunəlik) sifarişin yerləşdirilmsəi zamanı; və (ii) aylıq və ya illik abunəlik üçün, abunəliliyin əvvəlində, və təqdim etdiyiniz Ödəniş məlumatlarınızı istifadə edərək, Abunəliliyi ləğv etmədiyiniz müddətdə bu abunəliliyin hər biri abunəlilik müddətinə bərabər olan əlavə müddət üçün avtomatik olaraq uzadılacaqdır. Abunəliliyin növbəti müddəti üzrə hesabların təqdim edilməsinə yol verməmək üçün aylıq və ya illik abunəliliyinizi avtomatik yenilənmədən öncə ləğv etməlisiniz. Əgər abunəliyinizi bizim veb-səhifəmiz üzərindən alırsınızsa, support@getcontact.com. Elektron poçt ünvanımız vasitəsilə bizimlə əlaqə saxlayaraq, abunəliyinizi istnilən vaxt ləğv edə bilərsiniz.
Əgər abunəliyinizi Tətbiq provayderi üzərindən alırsınızsa, istənilən vaxt Tətbiq provayderi vasitəsilə abunəliyinizin uzadılmasını ləğv edə bilərsiniz. Mövcud abunə dövrü üçün artıq etdiyiniz ödəniş üçün geri ödəmə almayacaqsınız, və cari abunə dövrünün sonuna qədər sifariş etdiyiniz Xidmətləri almağa davam edəcəksiniz.
Abunəlikdə dəyişkilik
Getcontact,Abunəliklər üçün qiymət şərtlərini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır və Getcontact, bu dəyişikliklərin qüvvəyə minməsi barədə sizi əvvəlcədən xəbərdar edəcəkdir. Qiymətləndirmə şərtlərində dəyişikliklərin geriyə qüvvəsi yoxdur və belə dəyişdirilmiş qiymətlər şərtləri barədə sizə məlumat verildikdən sonra yalnız abunəliyin yenilənməsinə tətbiq ediləcəkdir. Qiymətləndirmə şərtlərimizdə dəyişikliklərə razı deyilsinizsə, tətbiq olunan Xidmət Şərtlərimizə uyğun olaraq abunəliyinizi yeniləməkdən imtina edə bilərsiniz.
Gələcək funksionallıq
Satın almalarınız gələcək funksionallığın və ya funksiyaların fəaliyyətindən asılı olmadığını, və ya gələcək funksionallıq və ya funksiyalar ilə bağlı hər hansı reklam fəaliyyətindən və ya bildirişlərdən asılı olduğunu qəbul edirsiniz.
Məzmunun Silinməsi üçün Geri Ödəniş Siyasəti
Ödənişli Məzmunun İcma Standartlarına və ya tətbiq olunan hər hansı digər qaydalara uyğun gəlməməsi səbəbindən Platformadan silinməsi halında, bu cür məzmunu silinmədən son on dörd (14) gün ərzində alan istifadəçilər geri ödəniş hüququna sahib olacaqlar. Geri Ödəniş ilkin ödəniş metoduna köçürüləcəkdir. Məzmunu silinmədən on dörd (14) gün əvvəl alan istifadəçilər geri ödəniş hüququna malik deyillər. Bu cür məzmunu sildikdən sonra, geri ödənişin tətbiq olunmasından asılı olmayaraq, artıq heç bir istifadəçi üçün əlçatan olmayacaq.